Ana səhifə / Yokohama Təkərləri / Yokohama Iceguard

Yokohama iceGUARD qış təkərləri

Yokohama qış təkərləri — iceGUARD və BluEarth*Winter

Hava temperaturu +7°C-dən aşağı düşəndə yay təkərinin rezini bərkiyir və tutuş kəskin azalır. Qış təkərinin rezin qarışığı isə soyuqda elastik qalır. Bakıda bu, adətən noyabrdan mart ayına qədər olan dövrdür. Bölgələrə, xüsusilə Qəbələ, Quba, Şahdağ, Şəki istiqamətinə səfərlərdə qış təkəri təhlükəsizliyin əsas şərtidir.

iceGUARD və BluEarth*Winter: fərq nədir?

  • iceGUARD (iG70, iG60) — Skandinaviya tipli sünbülsüz qış təkəri. Buz və sıxlaşmış qar üzərində maksimum tutuş üçün hazırlanıb. Dağ yolları və sərt qış üçün.
  • BluEarth*Winter V906 — Avropa tipli qış təkəri. Yaş və soyuq asfaltda, sulu qarda və yüksək sürətdə daha yaxşıdır. Bakının yağışlı və mülayim qışı üçün optimal seçim.

Ölçünüz yoxdursa

Qış təkərlərinin çeşidi mövsüm ərzində yenilənir. Ehtiyac duyduğunuz ölçü siyahıda yoxdursa, ölçünü WhatsApp-a və ya +994 10 800 22 77 nömrəsinə göndərin — mövcudluğu və qiyməti dərhal bildirək. Yeni təkərlərin montajı pulsuzdur.

Oxuyun: qış təkərlərinə nə vaxt keçmək lazımdır və Yokohama qış təkərləri — hansını seçməli. Həmçinin 4 mövsüm alternativləri: 4 mövsüm təkərləri.